...

Ölkələrin dünya ticarətinə cəlb edilməsi indeksi üzrə Azərbaycanın mövqeyi 6 bənd yaxşılaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2009 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir N. İsmayılova /

Ölkələrin dünya ticarətinə cəlb edilməsi indeksi üzrə 2009-cu ildə Azərbaycanın mövqeyi 6 bənd yaxşılaşıb. Bu barədə Ümumdünya İqtisadi Forumun (ÜİF) yeni məruzəsində deyilib.

İştirak edən 121 ölkənin reytinqində Azərbaycan 70-ci mövqeni tutub və onun indeksi 3,77 təşkil edib. 2008-ci ildə Azərbaycan 76-cı mövqedə yerləşirdi.  

Bazara girişi əks etdirən indeks üzrə də Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb, yəni 65-dən 52-yə qədər artıb. Sərhəddə inzibati idarəetmə üzrə indeksdə isə, 112-dən 103-ə qədər artıb.  Ölkənin biznes mühitini əks etdirən indeks üzrə Azərbaycan 46-cı yerdə yerləşir və onun mövqeyi keçən illə müqayisədə dəyişilməz qalıb. Nəqliyyat və kommunikasiya infrastrukturu üzrə indeksdə ölkənin mövqeyi 64-dən 62-yə qədər güclənib.  

ÜİF-nin reytinqinə Sinqapur (1-ci yer) və xüsusi inzibati rayon olan Çin - Honkonq (2-ci yer) başçılıq edir ki, araşdırma müəlliflərinin fikrincə, bu da bu Asiya ölkələrinin beynəlxalq ticarətə açıq olmasının və inkişafın iqtisadi strategiyasında uğurun təşkilində vacib olan investisiyanın göstəricisidir. Onlardan sonra İsveçrə (3-cü yer), Danimarka (4-cü), İsveç (5-ci), Kanada (6-cı), Norveç (7-ci), Finlandiya (8-ci), Avstriya (9-cu) və Niderland (10-cu yer) yer alır. Rusiya yalnız 109-cu yeri tutub.     

Postsovet ölkələrindən reytinqdə Pribaltika ölkələri liderlik edirlər: Estoniya (22-ci yer), Litva (40) və Latviya (44). Daha sonra Moldova (52 yer), Azərbaycan (70), Ukrayna (71), Qazaxıstan (93), Qırğızıstan (101). 

Ölkələrin beynəlxalq ticarətə cəlb olunmasının araşdırılması müxtəlif idarələrin işinin və beynəlxalq ticarətə giriş və iqtisadi əməkdaşlığın inkişafı sahəsində dövlət siyasətinin səmərəliliyini ölçür. Məruzənin nəşrinə 2008-ci ildə başlanılıb. Cari araşdırma çərçivəsində ÜİF-in analitik qrupu dörd əsas göstərici əsasında 121 ölkənin iqtisadiyyatının beynəlxalq ticarət üçün açıqlığını göstərən reytinq təşkil edib. Əsas göstəricilər bunlardır: daxili bazara giriş, sərhəddə inzibati idarəetmə, işgüzar mühit, eləcə də nəqliyyat və kommunikasiya infrastrukturu. İndeksləqin hesablanması zamanı ictimai mənbələrdən, eləcə də ÜİF-nin hər il tərtib etdiyi "Menecerlər rəyinin icmalı"nın (Executive Opinion Survey) nəticələrindən istifadə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti