...

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturunun likvidlik səviyyəsi may ərzində əhəmiyyətli dərəcədə qalxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend /

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu MBA-Moskvanın likvidlik səviyyəsi "Milli Reytinq Agentliyi" tərəfindən tərtib edilmiş "Bank likvidliyi barometri" reytinqinin məlumatına görə iyunun 1-nə mayın 1-nə olan nəticələrə nisbətən əhəmiyyətli dərəcədə artıb. Bu barədə bankdan məlumat verilib.

Bununla da, MBA-Moskva çox yüksək likvidli banklar kateqoriyasında öz mövqeyini möhkəmləndirib, 587 mümkün mövqedən 49-nu tutub.

Bank likvidliyi barometri Rusiyanın Mərkəzi Bankının saytındakı hesabat əsasında hesablanan bankın ödəmə intizamı səviyyəsi üçün xarakterikdir və maliyyə sistemi əhalinin etibarının kəskin azlığını hiss edərkən böhran şəraitində aktualdır. 

Agentliyin dərc olunmuş reytinqi bankın ödəmə qabiliyyətinin qiymətləndirməsini verən və onun xüsusi öhdəçilik üzrə cavabdehlik qabiliyyətinin səviyyəsini müəyyənləşdirməyə imkan verən göstəricilərdən qurulub.

MBA-Moskva ilk və yeganə yüz faizli Azərbaycan kapitallı Azərbaycan Beynəlxalq Bankının Rusiya ərazisində öz fəaliyyətini həyata keçirən törəmə strukturudur.

Xəbər lenti

Xəbər lenti