...

Beynəlxalq Sığorta Şirkətində kadr dəyişiklikləri baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 15:14 (UTC +04:00)
"Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri - "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən təşkilati-hüquqi formasını dəyişmiş və açıq səhmdar cəmiyyət kimi fəaliyyət göstərən Beynəlxalq Sığorta Şirkətində müvafiq kadr dəyişiklikləri baş verib", - şirkətin bazar ertəsi yayılmış məlumatında deyilir.
Beynəlxalq Sığorta Şirkətində kadr dəyişiklikləri baş verib

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir Ü.İsmayılova /

"Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri - "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən təşkilati-hüquqi formasını dəyişmiş və açıq səhmdar cəmiyyət kimi fəaliyyət göstərən Beynəlxalq Sığorta Şirkətində müvafiq kadr dəyişiklikləri baş verib", - şirkətin bazar ertəsi yayılmış məlumatında deyilir.

Direktorlar Şurasının qərarı ilə İdarə Heyəti sədrinin birinci müavini və idarə heyəti sədrinin müavinləri vəzifəsinə müvafiq olaraq Məmməd-Sadıq Məmmədov, İlham Ağayev və Nərmin Muradova təyinn olunub. Bununla yanaşı, Direktorlar Şurasının qərarı ilə İdarə Heyətinin üzvləri olub: icra aparatının rəhbəri Nihad Cəlilov, maliyyə departamentinin direktoru Lüdmila Əliyeva, satış və marketinq departamentinin direktoru Elşad Əliyev.

BSŞ Azərbaycan Beynəlxalq Bankının törəmə şirkətidir və 2002-ci ilin aprelindən fəaliyyət göstərir. Hazırda şirkət 32 növ könüllü və beş növ icbari sığorta üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 8,8 milyon manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti