...

Azərbaycanda "Sinko Qrup Azerbaycan" sığorta brokeri qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2009 15:31 (UTC +04:00)
Sığorta və təkrar sığorta brokeri "Sinko Qrup Azerbaycan" QSC iyulun 20-də Azərbaycanın Maliyyə Nazirliyindən sığorta brokeri fəaliyyəti üçün müddətsiz lisenziya alıb. Bu barədə nazirlikdən bildirilib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , Ü.İsmayılova /

Sığorta və təkrar sığorta brokeri "Sinko Qrup Azerbaycan" QSC iyulun 20-də Azərbaycanın Maliyyə Nazirliyindən sığorta brokeri fəaliyyəti üçün müddətsiz lisenziya alıb. Bu barədə nazirlikdən bildirilib.

Müddətsiz lisenziya "Sinko Qrup Azerbaycan" QSC-yə Azərbaycanın "Sığorta fəaliyyəti haqqında" qanuna müvafiq olaraq verilib.

Azərbaycanın Nazirlər Kabinetinin dövlət reyestrində yeddi sığorta və təkrar sığorta brokerləri qeydiyyatdan keçib, onların üçü fiziki, dördü hüquqi şəxslərdir.

Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Birinci yarımilin yekunlarına əsasən, şirkət 79,89 milyon manat məbləğində sığorta haqqı toplayıb, ödənişləri isə 24,65 milyon manat təşkil edib.

İyulun 22-nə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti