...

"Azərdəmiryolbank" Britaniya funt sterlinqi ilə xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 16:22 (UTC +04:00)
"Azərdəmiryolbank" iyulun 9-da Almaniyanın iri banklarından biri olan Deutsche Bank-ın London ofisində Britaniya funt sterlinqi ilə müxbir hesabı açıb.
"Azərdəmiryolbank" Britaniya funt sterlinqi ilə xidmət göstərəcək

Azərbaycan, Bakı, 27 iyul / Trend /

"Azərdəmiryolbank" iyulun 9-da Almaniyanın iri banklarından biri olan Deutsche Bank-ın London ofisində Britaniya funt sterlinqi ilə müxbir hesabı açıb. Bu barədə bankdan məlumat verilib.

"Azərdəmiryolbank"ın xidmət spektrinin genişləndirilməsi Britaniya funt sterlinqi ilə müxbir hesabı açmağa əsas verirdi. Bu hesabın açılması "Azərdəmiryolbank"ın müştərilərinə beynəlxalq ödəmələrin aparılması və Britaniya funt sterlinqi ilə plastik kartların açılması kimi yeni imkanlar yaradacaq", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov deyib.

Hazırda Britaniya funt sterlinqi ilə müxbir hesabına ölkənin bir neçə aparıcı bankları sahibdirlər. "Azərdəmiryolbank"ın Deutsche Bank-da avro və dollarla da hesabı var. Deutsche Bank uzun müddətdir ki, hesablama əməliyyatları sahəsində "Azərdəmiryolbank"ın əsas tərəfdaşlarından biridir. Gələcəkdə hər iki bank arasında əməkdaşlığın genişləndirilməsi gözlənilir.

Ölkənin ilk banklarından biri olan "Azərdəmiryolbank" 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderlandın Maliyyə İnkişaf şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatları var. Paytaxt Bakıda və regionlarda bankın 32 filial və şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti