...

Tbilisidə avtonəqliyyat hərəkətinin yüngülləşdirilməsi məqsədi ilə estakadanın tikintisinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2009 20:48 (UTC +04:00)
Tbilisinin mərkəzi küçələrində avtonəqliyyat hərəkətinin yüngülləşdirilməsi məqsədi ilə Varazisxevi küçəsini Tamaraşvili küçəsi ilə birləşdirən yeni estakada tikiləcək. Tamaraşvili küçəsindəki Vere dərəsindən Qəhrəmanlar meydanına qədər meşə parkı salınacaq.

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

Tbilisinin mərkəzi küçələrində avtonəqliyyat hərəkətinin yüngülləşdirilməsi məqsədi ilə Varazisxevi küçəsini Tamaraşvili küçəsi ilə birləşdirən yeni estakada tikiləcək. Tamaraşvili küçəsindəki Vere dərəsindən Qəhrəmanlar meydanına qədər meşə parkı salınacaq.

Tbilisinin meri Qiqi Uqulava bu gün "Mziuri" şəhərciyində yeni estakadanın tikintisi üçün təməlqoyma mərasimində iştirak edib. Onun sözlərinə görə, 2009-cu il büdcəsində sürətli magistralın tikintisi üçün 30,8 milyon lari ayrılıb. Uqulava qeyd edib ki, layihə ekoloji yükə malikdir.

"Vere çayı çox çirklənib və hətta çimmək üçün də yararlı deyil. Layihənin realizəsi buradakı ekoloji durumu tamamilə dəyişəcək. Bu, gələcəyin yolu olacaq", - o bildirib.

Yeni magistralın uzunluğu 2800 metr təşkil edəcək. Vere üzərində beş körpü, həmçinin yerüstü keçid və yeraltı tunel tikiləcək. Layihə işlərini "Sakqza metsiniyereba", tikinti işlərini "Caucasus Road Project" gürcü-alman şirkəti həyata keçirəcək.

Tikintinin 2010-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti