Azərbaycan, Bakı, 04 avqust / Trend /
Bazar ertəsindən Bakı Fond Birjasında (BFB) yeni listinq qaydaları qüvvəyə minib, köhnə listinq qaydaları isə artıq etibarsız hesab olunur. BFB-nin məlumatında deyilir.
Yeni qaydalar BFB-nin saytında ( www.bfb.az) "Normativ baza" bölməsində yerləşdirilib.
Qaydaların üç səviyyəsi nəzərdə tutulub, iki listinq və bir qeyri-listinq. Birinci səviyyəli şirkətlər, o cümlədən korporativ idarəetmə, şirkət fəaiyyəti üçün daha sərt tələblər irəli sürüləcək; ikinci səviyyə daha sadə səviyyədir, üçüncü səviyyə isə öz səhmlərini birja üzərindən satmaq istəyən, lakin listinq keçməyən şirkətlərin hərraca buraxılmasıdır. Birinci səviyyəyə 10-15 şirkətin keçməsi nəzərdə tutulub. Güman edildiyi kimi ikinci səviyyəyə daha çox şirkət keçəcək, ona görə ki, nizamnamə kapitalının artırılması ikinci səviyyədən keçəcək. Qiymətli kağızların özünün şəxsi rejimi olacaq.