...

Azərbaycan bankı Parabank yeni bank məhsulunu – Forex əmanətini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2009 16:44 (UTC +04:00)
Azərbaycan bankı Parabank əmanətlərin və depozitlərin növlərinin genişləndirilməsi siyasətinə əsasən müştərilərinə yeni bank məhsulu olan Forex əmanətini təqdim edib.
Azərbaycan bankı Parabank yeni bank məhsulunu – Forex əmanətini təqdim edib

Azərbaycan, Bakı, 14 avqust / Trend /

Azərbaycan bankı Parabank əmanətlərin və depozitlərin növlərinin genişləndirilməsi siyasətinə əsasən müştərilərinə yeni bank məhsulu olan Forex əmanətini təqdim edib. Bu barədə bankdan məlumat verilib.

Onun vasitəsilə vəsaitlər 12 aydan 48 ayadək olan müddətlərə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə yerləşdirilə bilər. Forex-ə əmanətin yerləşdirilməsi 1000 AZN/USD/EU məbləğindən az olmamaqla qəbul edilir.

"Yeni depozit növü üzrə yerləşdirilən vəsaitlərə görə faizlərin alınması üçün Parabank ən sərfəli şərtlər təklif edir. Belə ki, müştəri istənilən vaxt, valyuta riski olarsa, faizləri itirmədən bir valyutanı digər valyutaya keçirə bilər", - bankın idarə heyətinin sədr müavini Məzahir Məmmədov deyib.

Onun sözlərinə görə, valyutanın növündən asılı olmayaraq, yerləşdirilmiş depozit üçün faiz dərəcələri yerləşdirmə müddətinə və faizlərin alınması şərtlərinə müvafiq olaraq 13 faizdən 16,6 faizədək geniş bir diapazonda dəyişir.

Forex-də vəsait yerləşdirmiş müştərilərə faizlərin alınması üçün bank tərəfindən VISA Electron debet kartı pulsuz verilir. Depozit sahibləri həmçinin bankda yerləşdirilmiş vəsaitlərinin 80 faizi həcmində sərfəli şərtlərlə kredit götürə bilərlər.

Parabank 2007-ci ilin iyul ayından Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Avqustun 14-nə olan cari məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti