...

Azərbaycanın ticarət obyektlərində satışdan 350 kq istifadə müddəti ötmüş ərzaq məhsulları çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 16:52 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin istehlak bazarında keçirdiyi növbədi monitorinq zamanı təxminən 350 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsullarısatışdan çıxarılaraq məhv edilib.
Azərbaycanın ticarət obyektlərində satışdan 350 kq istifadə müddəti ötmüş ərzaq məhsulları çıxarılıb

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir Ü.İsmayılov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin istehlak bazarında keçirdiyi növbədi monitorinq zamanı təxminən 350 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir.

Monitorinqlər Bakının Nizami, Nərimanov, Yasamal, Nəsimi və Sabunçu rayonlarında, həmçinin Samux və Xaçmaz rayonlarında keçirilib.

Ticarət obyektlərində kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq, süd və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, uşaq qidaları, eləcə də kosmetik vasitələr, ətirlər və s. aşkar olunun, satışdan çıxarılaraq məhv edilib. Bakının Nərimanov və Nizami rayonlarında, həmçinin Ucar şəhərindəki ticarət obyektlərində aparılmış yoxlamalar zamanı satışdan mənşəyi məlum olmayan və saxlama müddəti ötmüş mallar çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 47 hüquqi şəxsə 181 min manat, 447 fiziki şəxsə isə 667 min manat cərimə tətbiq olunub.

Monitorinqlər davam etdirilir.

Oktyabrın 1-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti