...

AGBank-ın aktivləri ilin əvvəlindən yeddi faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2009 15:01 (UTC +04:00)
AGBankı-ın aktivləri 2009-cu ilin əvvəli ilə müqayisədə 30 sentyabra nəzərən yeddi faiz artaraq, 222,6 milyon manat təşkil edib, bankdan bazar ertəsi yayılan məlumatda belə deyilir.
AGBank-ın aktivləri ilin əvvəlindən yeddi faiz artıb

Azərbaycan, Bakı, 5 oktyabr / Trend /

AGBankı-ın aktivləri 2009-cu ilin əvvəli ilə müqayisədə 30 sentyabra nəzərən yeddi faiz artaraq, 222,6 milyon manat təşkil edib, bankdan bazar ertəsi yayılan məlumatda belə deyilir.

Hesabat dövrü ərzində bankın kredit portfeli də 14 faiz artaraq, 177,4 milyon manat olub.

Əhalinin əmanəti 20 faiz artıb ki, bu da orta bank göstəricisindən 3-4 dəfə çoxdur. Bu da əhalinin banka olan etimadının nəticəsidir.

Yaxın zamanlarda bank ATM-in ümumi sayını artırmağı planlaşdırır. Bu gün banka aid olan 54 ATM var.

Hazırda AGBank-ın iki əcnəbi səhmdarı var - Beynəlxal Maliyyə Korpoasiyası (İFC) və Kazimir Caspian Fund Limited şirkəti. Bankıən əsas səhmdarları Çingiz Əsədullayev və Fərzulla Yusifovdur. 2006-cı ilin iyun ayında İFC 1,470 milyon manata görə, AGBank-ın kapitalından 17,5 faiz pay əldə edib. 2008-ci ildə isə bankın səhmlərinin 10 faizi Kazimir Investment Caspian Fund Amerika şirkətinə satılıb. AGBank Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir.

Oktyabrın 5-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti