...

Azərbaycan bankları kredit bürosunun təsisçisi olmağa hazır olduqlarını bildiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir N.İsmayılova/

IFC layihəsinin Azərbaycan və Mərkəzi Asiya regionu üzrə nümayəndəsi Anastasiya Marina deyib ki, Beynəlxalq Maliyyə Korporasiyası tərərfindən işlənmiş Azərbaycan və Mərkəzi Asiyada (Qazaxıstan və Türkmənistan istisna olmaqla) maliyyə infrastrukturlarının inkişafı layihəsi çərçivəsində Azərbaycanda yaradılacaq kredit bürosunun təsisçiləri yerli banklar və mikromaliyyə təşkilatları olacaq.

O deyib ki, belə bir kredit bürosunun təsisçisi olaraq bank və mikromaliyyə təşkilatlarını görürük. "Biz banklardan və mikromaliyyə təşkilatlarından bunun onlar üçün nə dərəcədə maraqlı olduğu ilə maraqlandıq və rəyi soruşulan təşkilatların yarısından çoxu kredit bürosunun təsisçisi olmaqda maraqlı olduqlarını bildirdilər", - Marina deyib.

Onun sözlərinə görə, kredit bürosunun yaradılması onun haqqında qanunun qəbul olunması ilə birlikdə reallaşdırılacaq. Belə ki, bu qanun layihəsi kredit bürosunun fəaliiyət göstərməsi üçün şərait yaradacaq.

Marina deyib ki, ölkənin Mərkəzi Bankı qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib və hazırda onun müzakirəsi aparılır.

Onun sözlərinə görə, IFC-nın dəstəyi ilə kredit bürosunun yaradılması kredit risklərinin idarə olunmasının təkmilləşdirilməsinə, kreditorlarla kredit alanlar arasında informasiya uyğunsuzluğunun azalmasına səbəb olacaq ki, bu da kredit risklərinin azalmasına gətirib çıxaracaq.

Azərbaycan və Mərkəzi Asiyada maliyyə infrastrukturlarının inkişafı layihəsi SECO-nun dəstəyi ilə reallaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti