...

"Şimal-Cənub" dəmiryolu layihəsi çərçivəsində Azərbaycan, Rusiya və İrandan işçi qrupların növbəti görüşü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir E.İsmayılov/

"Azərbaycan dəmir yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədovun cümə axşamı verdiyi məlumata əsasən, noyabrın əvvəllərində Tehranda "Şimal-Cənub" dəmiryolu layihəsi çərçivəsində Azərbaycan, Rusiya, İran işçi qruplarının növbəti görüşünün keçirilməsi planlaşdırılır.

Azməmmədov deyib ki, hazırda danışıqlar gedir və hələ dəqiq nəticə yoxdur. İşçi qrupların növbəti görüşünün 1-4 noyabr tarixləri arasında baş tutacağı gözlənilir. Onun sözlərinə görə, gündəlikdə duran məsələlər barədə danışmaq hələ tezdir. Çünki görüşün keçirilməsi məsələsi sona qədər razılaşdırılmayıb.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Rusiya, Azərbaycan və İran vasitəsilə Avropadan Hindistan və Cənub-Şərqi Asiya ölkələrinə vahid dəmir yolu əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin reallaşdırılmasına $400 mln.-dan çox vəsait tələb olunur. İşlərin böyük hissəsi isə, Azərbaycan sərhədinədək dəmir yolu rabitəsinə malik olmayan İranda həyata keçirilməlidir. Azərbaycanda $35-40 mln.-dan çox vəsait məbləində müəyyən işlər görmək lazımdır.

Azərbaycanda həyata keçirləcək işlərin həcmi böyük deyil. Astara stansiyasınadək təqribən 8,5 km yol hissəsi çəkilməli, təkər cütlüklərinin dəyişmə sisteminə malik stansiyalar, sərhəd və gömrük infrastrukturu yaratmaq lazımdır. Eləcə də sərhəd dəmir yolu körpüsü tikilməlidir. Lakin bu layihənin reallaşdırılması İranla paritet əsasda həyata keçiriləcək.

Birinci mərhələdə bu dəhlizlə 5 mln. ton yükün daşınacağı proqnozlaşdırılır. daha sonra bu rəqəm ildə 10-15 mln. tona çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti