Qazaıstan, Astana, 16 oktyabr / Trend , K.Konırova, E.İsmayılov/
Bu gün Astanada Qazaxıstanın milli "Temir Jolı" şirkəti və Rusiyanın "Uralvaqonzavod" şirkətləri arasında Qazaxıstanın Ust-Kamenoqorske şəhərində vaqon texnikasının inşaatı üzrə zavodun yaradılmasına dair memorandum imzalanıb, Rusiyanın sənaye və ticarət naziri Viktor Xristenko Qazaxıstan və Rusiya arasında Əməkdaşlıq Üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası başa çatdıqdan sonra təşkil edilən mətbuat konfransında deyib.
Hökumətlərarası komissiyanın iclası Viktor Xristenko və Qazaxıstanın enerji və mineral ehtiyyatlar naziri Sayat Mınbayevin sədrliyi altında keçib.
Zavodun yaradılması layihəsi ilk mərhələdə ildə 3 min vaqonun istehsalını nəzərdə tutur. İkinci mərhələdə bu göstərici 5 minədək artacaq.
"2009-cu ildə imzaladığımız bu memorandum onu göstərir ki, böhran bizi bəhanə və səbəblər axtarmağa məcbur etməyib, əksinə, bizim texniki imkanlarımızı həyata keçirməyə təkan verib", - Xristenko deyib.