...

IFC üçüncü pilot şirkət ilə korporativ idarəetmə layihəsi üzrə müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2009 17:17 (UTC +04:00)
A-Group Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsinin ikinci fazasında pilot proqramına qoşulan üçüncü şirkətdir. Bu barədə korporasiyanın cümə axşamına olan məlumatında deyilir. Layihə yerli şirkətlərin daha davamlı və dayanıqlı olması istiqamətində onlarla iş aparır.
IFC üçüncü pilot şirkət ilə korporativ idarəetmə layihəsi üzrə müqavilə imzalayıb

Azərbaycan, Bakı, 22 oktyabr / Trend /

A-Group Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan Korporativ İdarəetmə Layihəsinin ikinci fazasında pilot proqramına qoşulan üçüncü şirkətdir. Bu barədə korporasiyanın cümə axşamına olan məlumatında deyilir. Layihə yerli şirkətlərin daha davamlı və dayanıqlı olması istiqamətində onlarla iş aparır. "IFC şirkətin korporativ idarəetmə təcrübələrini qiymətləndirəcək və onun təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün tədbirlər görəcək", - məlumatda deyilir.

"Biz, A-Group olaraq Dünya Bankı qrupunun üzvü olan IFC-nin Azərbaycanda diqqətini cəlb edən ilk sığorta şirkəti olduğumuzdan qürur hissi duyuruq. Əminik ki, Beynəlxalq Maliyyə Korporasiyasının seçimi düzgün olacaq və şirkətimizdə korporativ idarəetmə prinsiplərinin təkmilləşdirilməsinə əhəmiyyətli dəstək verəcək. Bu da öz növbəsində şirkətimizin daha sürətli inkişafına səbəb olacaq", - A-Group Sığorta Şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov qeyd edib.

IFC sığorta şirtkətinin direktorları, menecerləri və əsas səhmdarları üçün konsultasiyalar və təlimlər keçirəcək. Bundan əlavə IFC sənədlərin təkmilləşdirilməsi, maliyyə hesabatlığı və məlumatın açıqlanmasının gücləndirilməsi, daxili nəzarət və daxili audit funksiyasının yaxşılaşdırılması işində yardım edəcək.

"Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanın sığorta sahəsində qabaqcıl şirkətlərdən biri olan A-Group şirkətinə korporativ idarəetmə təcrübələrinin təkmilləşdirməsində yardım etməyə şaddır. Ümidvarıq ki, şirkətin öz korporativ idarəetməsini təkmilləşdirmək niyyəti və buna olan səmimi marağı ölkənin xüsusilə sığorta bazarına müsbət nümunə olacaq", - IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsinin meneceri xanım Karolina Brayt qeyd edib.

2005-ci ildən IFC-nin Azərbaycan Korporativ İdarəetmə Layihəsi əməliyyatların gücləndirilməsi və maliyyələşmə/investisiya cəlb etmək imkanlarının genişləndirilməsində yerli şirkət və banklara yardım edir. İkinci mərhələ çərçivəsində iki pilot şirkət seçilib - Turan Bank və qeyri-bank kredit təşkilatı CredAgro.

Bu layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir və onun həyata keçirilməsinə 4 milyon dollardan çox vəsait ayırıb.

IFC tərəfindən təşəbbüs olunan və SECO tərəfindən maliyyələşdirilən layihənin birinci mərhələsinin rəsmi açılışı 2005-ci il yanvarın 26-da baş tutub. Onun həyata keçirilməsi ümumi 2,1 milyon dollar büdcə ilə üç ilə nəzərdə tutulub.

IFC-nin Azərbaycandakı strategiyası təhsil, infrastruktur, maliyyə və real sektorlara investisiyaların cəlb edilməsi və məsləhət xidmətlərinin göstərilməsi vasitəsilə özəl sektorun diversifikasiyasına kömək etməkdir. 1995-ci ildən etibarən IFC Azərbaycana 300 mln. ABŞ dollarından artıq investisiya yatırıb.

A-Group sığorta şirkəti 1995-ci ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 3 icbari və 14 könüllü sığorta növləri üzrə xidmət göstərərək sığorta bazarının aktiv iştirakçılarındandır. Fəaliyyətinin başlıca istiqamətini tibbi sığorta təşkil edən A-Group Azərbaycan sığorta bazarında bu növ üzrə şəriksiz liderliyi əldə saxlayır. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manat təşkil edir. Yanvar-iyul aylarında şirkət 5,03 milyon manat həcmində haqq toplayıb, ödəmələri isə 2,41 milyon manat təşkil edib.

Oktyabrın 22-nə olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti