...

Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür - Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 17:58 (UTC +04:00)
Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı bildirib..
Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

Azərbaycan dövləti bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür, ölkə regionlarının sosial-iqtisadi inkişafı proqramı uğurla həyata keçirilir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı bildirib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkəmiz sürətlə inkişaf edir. Mənə verilən statistik məlumatlara görə, son 5 il ərzində Ağsuda iqtisadi artım 3 dəfə yüksəlib və çoxalıb. Yəni bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı inkişaf edir", - ölkə Prezidenti qeyd edib.

Onun sözlərinə görə, növbəti 4 il ərzində bütün rayonların əsas problemləri öz həllini tapmalıdır.

"İş yerləri açılır, sahibkarlara kreditlər verilir, kənd təsərrüfatının inkişafı üçün güzəştlər edilir, yəni hərtərəfli dəstək göstərilir", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, ölkədə infrastruktur layihələri həyata keçirilir.

"Bakıdan Şamaxıya və Ağsuya qədər yollar abadlaşır, müasirləşir. Yəni Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bunu biz özümüz yaratmışıq və hətta dünyada yaşanan böhran ili ərzində Azərbaycanda iqtisadiyyat məhz buna görə artır. Bütün dünyada iqtisadiyyat aşağı düşüb, Azərbaycanda isə 6 faiz artıb" - İlham Əliyev deyib.

"Bu, bütün Azərbaycan xalqının zəhməti nəticəsində baş verən hadisələrdir, gerçəklikdir və bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoyub", - Azərbaycan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti