...

Belarus sərmayədarları Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsində iştirak edə bilərlər – Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2009 17:50 (UTC +04:00)
Belarus sərmayədarları Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsində iştirak edə bilərlər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Belarus televiziyasının Birinci kanalına müsahibəsində bildirib.
Belarus sərmayədarları Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsində iştirak edə bilərlər – Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 06 noyabr / Trend /

Belarus sərmayədarları Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsində iştirak edə bilərlər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Belarus televiziyasının Birinci kanalına müsahibəsində bildirib. Məlumatı BELTA yayıb.

Prezident İlham Əliyev prioritetlər sırasında informasiyalaşdırma və kommunikasiya istiqamətlərini qeyd edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Belarus bütün sahələrdə - siyasi, iqtisadi və investisiya - əlaqələrini intensiv şəkildə inkişaf etdirirlər. Prezident gələcəkdə də Belarus-Azərbaycan münasibətlərinin fəal şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

İlham Əliyev qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasını xüsusilə qeyd edib və bildirib ki, "etibarın yüksək səviyyəsi - söz və imza eyni dəyərə malikdir".

Prezident hesab edir ki, iki ölkə arasında iqtisadi münasibətlər çox uğurlu olacaq. "Azərbaycan Belarus investisiyalarında maraqlıdır, öz növbəsində Belarus da Azərbaycan investisiyalarına arxalana bilər", - İlham Əliyev qeyd edib.

Birgə layihələrin uğurla həyata keçirilməsinə nümunə kimi İlham Əliyev, Gəncə zavodunda Belarus traktorlarının yığılması üzrə istehsalı qeyd edib. Hazırda söhbət yeni layihədən - Belarus traktorlarının detallarının istehsalından gedir. Azərbaycan tərəfi də Belarus avtomobillərinin və kənd təsərrüfatı texnikasının alınmasında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti