...

Azərbaycandan Ukraynaya hərəkət edən qatarlar həkim briqadaları tərəfindən yoxlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2009 18:15 (UTC +04:00)
2009-cu il noyabrın 9-dan etibarən 31-32 saylı Bakı-Kiyev və 369-370 saylı Bakı-Xarkov sərnişin qatarları ölkə ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin həkim briqadaları tərəfindən yoxlanılır.
Azərbaycandan Ukraynaya hərəkət edən qatarlar həkim briqadaları tərəfindən yoxlanılır

Azərbaycan, Bakı, 10 noyabr / Trend /

"Azərbaycan Dəmir Yolları" QSC-nin sanitar orqanları gücləndirilmiş iş rejiminə keçiblər. 2009-cu il noyabrın 9-dan etibarən 31-32 saylı Bakı-Kiyev və 369-370 saylı Bakı-Xarkov sərnişin qatarları ölkə ərazisində "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin həkim briqadaları tərəfindən yoxlanılır. Bu barədə QSC-nin məlumatında deyilir.

QSC sədri Arif Əsgərovun sərəncamına müvafiq olaraq, gələcəkdə aparılacaq kompleks işlərlə əlaqədar fəaliyyət planı hazırlanıb. Bununla əlaqədar olaraq, QSC-nin sanitar orqanları gücləndirilmiş iş rejiminə keçiblər.

Sanitar-tibbi xidmət və digər sanitar orqanları daimi olaraq ehtiyat tədbirləri həyata keçirir.

Plana müvafiq olaraq, tədbirlər planına əsasən, sərnişin qatarlarında, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Həmçinin dəmiryol ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır. Lazım olan anda istifadə edilməsi üçün QSC-nin taun əleyhinə stansiyasında profilaktik preparatların, dezinfeksiya maddələrinin və fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılır.

Dəmiryol gömrük-buraxılış məntəqələrində fəaliyyət göstərmək üçün, lazım olan anda sərnişin qatarlarını ölkə ərazisində müşayiət etmək üçün xüsusi briqadalar yaradılıb, sərnişin qatarında çalışan briqadalar arasında yol boyu virusun yoluxduğu şübhəli bilinən xəstələr olduqda hansı tədbirlərin aparılması barədə təlimatlar aparılır. Çünki belə hallarda əhalinin maarifləndirilməsi və şəxsi gigiyena qaydalarına riayət edilməsi ən mühüm amillərdən hesab olunur.

Sanitar-karantin müfəttişliyində qaynar xətt yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində virusun yoluxduğu şübhəli bilinən xəstələr olduğu halda 24 saat ərzində bu xəttə məlumatlar daxil olacaq. Cəmiyyətin birlik və xidmətlərinə, hazırda eləcə də beynəlxalq istiqamətdə hərəkətdə olan sərnişin qatarlarının heyətlərinə teleqraf göstərişi verilib.

"Qaynar xətt"in əlaqə telefonları:

499-48-28
499-45-47

Xəbər lenti

Xəbər lenti