...

Azərbaycanda Invest Kredit-in istiqrazlarının satışına başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2009 14:23 (UTC +04:00)
Cümə axşamından etibarən Bakı Fond Birjasında «Invest Kredit» Bank olmayan Kredit Təşkilatının (BOKT)-nin faizli adlı sənədsiz istiqrazlarının satışına başlanılıb, bu barədə BFB-nın cümə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanda Invest Kredit-in istiqrazlarının satışına başlanılacaq

Azərbaycan, Bakı, 19 noyabr / Trend /

Cümə axşamından etibarən Bakı Fond Birjasında "Invest Kredit" qeyri-bank Kredit Təşkilatının (BOKT) faizli adlı sənədsiz istiqrazlarının satışına başlanılıb, bu barədə BFB-nın cümə axşamı yayılan məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, noyabrın 18-də 18 noyabr 2009-cu il tarixində "Invest Kredit" qeyri-bank Kredit Təşkilatının dövlət qeydiyyat nömrəsi AZ200100882 olan təmin edilmiş, faizli adlı sənədsiz istiqrazları birjanın qeyri-kotirovka vərəqəsinə daxil edilib.

Emissiyanın həcmi 300 min manat, qiymətli kağızların sayı hər birinin nominal dəyəri 1000 manat olmaqla 300 ədəd təşkil edir. İstiqrazların yerləşdirilməsinin aderrayteri qismində "Texnika Capital Management" MMC kredit təşkilatı çıxış edir.

Noyabrın 19-na olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti