...

AYİB və Bank Respublika kredit müqaviləsi imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çərşənbə axşamı altı milyon dollar dəyərində kredit müqaviləsi imzalayacaqlar. Bu barədə bazar ertəsi AYİB nümayəndəliyindən məlumat verilib.

Bankdan deyildiyi kimi, kredit vəsaitləri orta və kiçik sahibkarlığın kreditləşdirilməsinə yönəldiləcək. Kredit müqaviləsinin imzalanması dekabrın 7-də Londonda Azərbaycanın İnvestisiya Sammitində təşkil ediləcək.

Bank Respublika 1992-ci ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur.

1 dekabr 2009-cu il tarixinə Bank Respublikanın məcmu kapitalı 56,2 mln. manat, nizamnamə kapitalı isə 22,6 mln. manatdır. Hazırda Bakı və regionlarda Bank Respublikanın 34 filial və şöbəsi fəaliyyətdədir.

Dekabrın 07-nə olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti