...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların verilməsini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2009 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr/ Trend , müxbir Ü.İsmayılova/

Ünvanlı sosial yardımın (ÜSY) verilməsi dekabrın sonundan etibarən tam bərpa ediləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli bildirib.

"ÜSY təyin edilən, lakin sentyabrdan bəri almayan bütün şəxslər toplanan məbləği də ala biləcəklər", - Kələntərli deyib.

Onun sözlərinə görə, sentyabr ayından toplanan yardımlar cari ildə ehtiyac meyarının həddinə uyğun olaraq 60 manat həcmində veriləcək. 2010-cu ilin yanvar ayından etibarən yardım 65 manat həcmində veriləcək.

Azərbaycanda ÜSY-nin verilməsi prosesi avtomatlaşdırılmış sistemə keçilməsi ilə əlaqədar olaraq cari ilin sentyabr ayından bəri dayandırılmışdı.

Əmək nazirinin müavini İlqar Rəhimov daha əvvəllər demişdi ki, Azərbaycanda 150 min ailə ünvanlı sosial yardım alır və nazirliyin yardım alanların aktiv həyata qayıtması üçün həyata keçirdiyi bir sira tədbirlərlə əlaqədar olaraq, bərpadan sonra müavinət alanların sayı ixtisara salınacaq.

"ÜSY alan əlillər üçün əlilliyə görə xüsusi müavinət ayrılacaq, maddi vəziyyəti aşağı olması ilə əlaqədar yardım alan şəxslər isə işə dəvət olunacaq", - Rəhimov deyib.

Nazir müavininin fikrincə, ÜSY alan ailələrin sayı hazırda əməkhaqqının yüksəlməsi, pensiyaların, əhalinin gəlirlərinin artırılması, yeni iş yerlərinin açılması ilə əlaqədar olaraq ixtisara salınacaq.

Nazir müavini hesab edir ki, Azərbaycanda ÜSY-nin tətbiq olunması ölkədə yoxsulluğun 20 faiz aradan qaldırılmasına imkan verib.

Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Həcmi 60 manat (2010-cu ildə 65 manat) təşkil edən ünvanlı sosial yardım ehtiyac kriteriyasının müxtəlifliyi və ailənin hər bir üzvünün gəlirinin həcmi nəzərə alınaraq təyin olunur.

Dekabrın 09-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti