...

Azərbaycanda risk-menecerlərin hazırlanması üçün təlim mərkəzi yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir İ.İsmayılova/

Beynəlxalq Maliyyə Korporasiyası (BMK - IFC) və Azərbaycanın Peşəkar Risk-Menecerlər Assosiasiyasının hazırladığı "Azərbaycanda və Mərkəzi Asiyada maliyyə infrastrukturunun inkişafı" layihəsi çərçivəsində təlim mərkəzinin yaradılmasının imkanları nəzərdən keçirilir. Bu barədə cümə axşamı IFC layihəsinin ölkə üzrə koordinatoru Teymur Heybətov deyib.

"Təlim mərkəzinin yaradılması risklərin idarə edilməsi üzrə kadrların hazırlanması üçün lazımdır", - Heybətov deyib.

Onun sözlərinə görə, risklərin idarə olunmasına dair proqramın sertifikatlaşdırılması "Azərbaycanda və Mərkəzi Asiyada maliyyə infrastrukturunun inkişafı" layihəsinın bir hissəsidir.

Assosiasiya may ayının ortalarında qeydiyyatdan keçib, hazırda isə assosiasiyanın institusional yaranma prosesi gedir. Assosiasiyanın yaradılması ölkənin maliyyə sektorunda risklərin azalmasına təsir edəcək. Assosiasiya artıq Beynəlxalq Maliyyə Korporasiyası, Azərbaycan Mərkəzi Bankı və GARP ilə əməkdaşlığa başlayıb. Assosiasiyaya texniki dəstəyi IFC göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti