...

Azərbaycanda 220 kq-a yaxın vaxtı keçmiş məhsullar satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2009 18:15 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ərzaq mağazalarından ümumi çəkisi 220 kiloqrama yaxın vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 220 kq-a yaxın vaxtı keçmiş məhsullar satışdan çıxarılıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən növbəti monitorinqlər zamanı ərzaq mağazalarından ümumi çəkisi 220 kiloqrama yaxın vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirlkdən bazar ertəsi yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Binəqədi və Yasamal rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində aparılıb.

Mağazalardan kolbasa və şirniyyat məhsulları, bitki yağları, balıq və süd məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə, çay, kofe, duz və s vaxtı keçmiş ərzaq malları satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların saxlama müddətinə və etiketlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti