...

Kapital Bank "İlin ən yaxşı bankı" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 17:58 (UTC +04:00)
2009-cu il dekabrın 19-da "Gülüstan" sarayında "2009-cu ilin şirkətləri" Milli Mükafatı laureatlarının təntənəli mükafatlandırılması mərasimi keçirilib.
Kapital Bank "İlin ən yaxşı bankı" seçilib

2009-cu il dekabrın 19-da "Gülüstan" sarayında "2009-cu ilin şirkətləri" Milli Mükafatı laureatlarının təntənəli mükafatlandırılması mərasimi keçirilib.

Mükafat alanlar arasında maliyyə təşkilatları, yerli və xarici şirkətlər, həmçinin ölkənin biznes məkanına bu il daxil olmuş yeni iştirakçılar da var.

Müxtəlif nominasiyalarda bir sıra şirkətlər qalib gəlib, bunlar arasında Kapital Bank "İlin bankı" nominasiyasında ən yaxşı bank seçilib.

Əmanətbankın varisi olan Kapital Bank öz bank fəaliyyəti tarixinin 135 ilindədir. Bank həm fiziki, həm də hüquqi şəxslərə bank xidmətlərinin tam spektrini göstərir.

2008-ci ildə bank tamamilə özəlləşdirilib. Kapital Bankın səhmlərini Pasha Holding (97,5%) və əmək kollektivinin üzvləri (2,5%) saxlayır.

2009-cu ilin may ayında Kapital Bank öz prosessinq mərkəzini buraxıb.

Respublika üzrə filialların sayına görə lider olan Kapital Bank hazırda öz filiallarının sayını 89-dək çatdırıb. Bundan əlavə, respublikada Kapital Bankın 70 şöbəsi və 1 müstəqil şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti