...

Türkmənistan və Rusiya ticarət evlərini mübadilə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2009 11:12 (UTC +04:00)
Yaxın vaxtlarda Rusiyada Türkmənistanın, Türkmənistanda isə Rusiyanın ticarət evlərinin açılması planlaşdırılıb. Bu barədə rəsmi Türkmən mənbəsi məlumat verir.

Türkmənistan, Aşqabad, 28 dekabr / Trend , müxbir H.Həsənov/

Yaxın vaxtlarda Rusiyada Türkmənistan, Türkmənistanda isə Rusiya ticarət evinin açılması planlaşdırılıb. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Bu nümayəndəliklər "xarici tərəfdaşlar, o cümlədən Rusiya ilə ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə  və tərəflərin ümumi maraqlarına xidmət edəcək", - ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədov sonuncu dövlət müşavirəsində deyib.

Türkmənistanda Rusiya kapitalının iştirakı ilə 147 subyekt fəaliyyət göstərir. Ölkənin iqtisadi və sosial inkişafının müxtəlif sahələrində Türkmənistan və Rusiya mütəxəssislərinin birgə 127 layihəsi reallaşdırılır.

Türkmənistan Rusiyanın bir sıra iri regionları - Tatarıstan Respublikası, Həştərxan və Sverdlovsk vilayətləri, Sankt-Peterburq şəhəri ilə əlaqələrini fəal inkişaf etdirir. Burada Rusiyanın Qazprom, Stroytransqaz, İtera, Zarubejneft, KAMAZ və digər şirkətləri uğurla fəaliyyət göstərir.

Cari ilin on ayının yekununa əsasən, qaz tədarükünü hesaba almadan Rusiya və Türkmənistan arasında mal dövriyyəsi 900 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti