...

Azərbaycanda yerli ixracatçıların problemlərinin aradan qaldırılması üzrə tədbir görülür

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2010 20:54 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məhsulların ixracı ilə məşğul olan Azərbaycan şirkətlərinə kömək göstərməyə hazır olduğunu bildirib, nazirlik tərəfindən cümə günü yayılan məlumatda deyilir.
Azərbaycanda yerli ixracatçıların problemlərinin aradan qaldırılması üzrə tədbir görülür

Azərbaycan, Bakı, 08 yanvar / Trend /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məhsulların ixracı ilə məşğul olan Azərbaycan şirkətlərinə kömək göstərməyə hazır olduğunu bildirib, nazirlik tərəfindən cümə günü yayılan məlumatda deyilir.

Sahibkarlar Nazirlikdə keçirilən görüşlərdə öz məhsullarının ixracı zamanı xaricdə mümkün problemlər barədə danışıblar. İİN ixracla bağlı problemdən qaçmaq və məhsulun satışında digər ölkələrdəki ticarət haqda sahibkarları məlumatlandırmağa hazırdı.

Bununla əlaqədar olaraq onlar nazirliyin məlumat xidmətinə müraciət edə bilərlər. Xidmətin telefon nömrələri: Azərbaycandan zənglər üçün 195-2, xaricdən zənglər üçün (+994)12 195-2. Mobil rabitə vasitəsilə də xidmətlə əlaqə saxlamaq olar. Bundan əlavə, idxal-ixrac əməliyyatları sahəsindəki qanunvericilik haqda, xarici dövlətlərin ticarət rejimləri və s. haqda Nazirliyin dünya ticarət təşkilatı şöbəsinin telefonu ilə də məlumat əldə etmək olar (+99412) 4938867 (daxili 2059)

Xəbər lenti

Xəbər lenti