...

TREND İnformasiya Agentliyi xəbərlərin SMS vasitəsilə satışına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2010 11:38 (UTC +04:00)
Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi mobil telefon vasitəsilə xəbərlərin satışı xidmətini tətbiq etməklə müştərilərin ödənişli xəbər və analitik materialları əldə etməsi imkanlarını genişləndirib.
TREND İnformasiya Agentliyi xəbərlərin SMS vasitəsilə satışına başlayıb

Azərbaycan, Bakı, 13 yanvar /TREND/

Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi mobil telefon vasitəsilə xəbərlərin satışı xidmətini tətbiq etməklə müştərilərin ödənişli xəbər və analitik materialları əldə etməsi imkanlarını genişləndirib.

Əgər Siz TREND Xəbərlər Agentliyinin abunəçisi deyilsinizsə və www.trend.az saytındakı bağlı məlumatları oxumaq istəyirsinizsə, o zaman bu xəbərləri öz mobil telefonunuzdan ödənişli SMS göndərməklə əldə edə bilərsiniz.

Qeyd etmək lazımdır ki, tətbiq edilən bu yenilik TREND Agentliyinin bağlı məlumatlarını demək olar ki, dünyanın 60 ölkəsində oxumağa imkan verəcək.

www.trend.az portalında olan bir bağlı xəbəri oxumaq üçün xəbərin başlığına sıxaraq mobil rabitə operatorunu seçmək və göstərilmiş qısa nömrəyə ödənişli SMS göndərmək lazımdır.

Bir qədər sonra həmin xəbərə daxil olmaq üçün şifrə cavab SMS-i vasitəsilə sizin mobil telefonunuza göndəriləcək.

Şifrə bir neçə dəqiqədən sonra aktivləşəcək. Şifrəni müvafiq yerə daxil etmək və "davam" düyməsini sıxmaq lazımdır, bundan sonra siz xəbərə daxil ola biləcəksiniz. Əldə edəcəyiniz şifrə www.trend.az saytında yerləşdirilmiş bütün bağlı xəbərlərə deyil, sadəcə sizin seçdiyiniz xəbərə daxil olmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti