...

Keçən il Azərbaycanda ödəmə kartlarının sayı təqribən 10 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2010 20:04 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2009-cu ilin sonuna ölkədə 3974 min ədəd plastik kart olub ki, bu da noyabrın analoji göstəricisindən 1%, keçən ilin əvvəlinə olan göstəricidən isə 9,6% çoxdur.

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2009-cu ilin sonuna ölkədə 3974 min ədəd plastik kart olub ki, bu da noyabrın analoji göstəricisindən 1%, keçən ilin əvvəlinə olan göstəricidən isə 9,6% çoxdur.

Hesabat dövrü ərzində debet kartları ilə əməliyyatların sayı 4836 min ədəd, həyata keçirilən məbləğ isə 584 milyon manat olub.

Bankomatlar vasitəsilə debet kartları ilə 558 milyon manatlıq 4663 min əməliyyat, POS-terminal vasitəsilə isə 19 milyon manatlıq 129 min əməliyyat aparılıb.

Keçən ilin dekabr ayında kredit kartları ilə ümumi məbləği 51 milyon manat olan 203 min əməliyyat həyata keçirilib.

Bankomatlar vasitəsilə kredit kartlarının köməyi ilə 17 milyon manatlıq 85 min əməliyyat aparılıb. POS-terminallar vasitəsilə aparılan 17 min əməliyatın ümumi məbləği isə 11 milyon manat olub.

Yanvarın 29-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti