...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2010 11:47 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80344 manat səviyyəsində müəyyən olunub.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80344 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 8-9-da bir ABŞ dolları üçün 0,8034 manat, minimum isə fevralın 10-12-də bir ABŞ dollarına 0,8033 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

1 fevral

0,8035

8 fevral

0,8034

2 fevral

0,8035

9 fevral

0,8034

3 fevral

0,8034

10 fevral

0,8033

4 fevral

0,8034

11 fevral

0,8033

5 fevral

0,8034

12 fevral

0,8033

Həftə ərzində orta məzənnə

0,80344

Həftə ərzində orta məzənnə

0,80334

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,8034 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 8-də 0,8034 AZN/USD məzənnə ilə $1,636 milyon, fevralın 9-də 0,8034 AZN/USD məzənnə ilə $2,23 milyon, fevralın 10-da 0,8034 AZN/USD məzənnə ilə 5,285 milyon, fevralın 11-də 0,8034 AZN/USD məzənnə ilə $0,47 milyon və fevralın 12-də 0,8034 AZN/USD məzənnə ilə $0,89 milyon.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi:

1 fevral

0,8035

8 fevral

0,8034

2 fevral

0,8030

9 fevral

0,8034

3 fevral

0,8034

10 fevral

0,8034

4 fevral

0,8030

11 fevral

0,8034

5 fevral

0,8030

12 fevral

0,8034

Həftə ərzində orta məzənnə

0,80318

Həftə ərzində orta məzənnə

0,8034

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb. Bu qərar hazırda çeklərin 80 faizinin dövriyyədən çıxarılması ilə bağlı verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti