...

"Muğanbank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Muğanbank" ASC-nın ümumi həcmi 1 milyon manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb. Bu barədə QKDK-nın cümə axşamı yayılan məlumatında deyilib.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Emissiyalara hər birinin nominal dəyəri 200 manat olan 5000 səhm daxildir. Səhmlərin yerləşdirilməsinin anderreyteri qismində "Technika Capital Management" MMC iştirak edəcək.

Şirkətin nizamnamə kapitalı 14 milyon dollar təşkil edir, yeni emissiyanın paylanmasından sonra isə 15 milyon manata çatacaq.

"Muğanbank" 1992-ci ildən bank fəaliyyəti ilə məşğuldur və hazırda 26 filial və 4 bank şöbəsinə malikdir.

Bu gün "Muğanbank" 100 faiz Azərbaycan bankıdır.

Martın 18-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti