...

Azərbaycanda təxminən iki ton istehsal müddəti saxtalaşdırılmış kolbasa məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 19:16 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı "Abşeron-2000" fərdi firmasında mənşəyi bəlli olmayan və istifadə müddəti ötmüş xammal, inqridiyent və ədviyyatlardan istifadə edilməklə kolbasa məmulatlarının istehsal edildiyi, anbarda üzərində istehsal tarixinin göstərilmədiyi 1850 kq müxtəlif çeşidli hazır kolbasa məhsulları aşkar edilib.
Azərbaycanda təxminən iki ton istehsal müddəti saxtalaşdırılmış kolbasa məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı "Abşeron-2000" fərdi firmasında mənşəyi bəlli olmayan və istifadə müddəti ötmüş xammal, inqridiyent və ədviyyatlardan istifadə edilməklə kolbasa məmulatlarının istehsal edildiyi, anbarda üzərində istehsal tarixinin göstərilmədiyi 1850 kq müxtəlif çeşidli hazır kolbasa məhsulları aşkar edilib. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.

Həmçinin ticarət şəbəkəsində müxtəlif səbəblərdən yararsız hala düşdüyü üçün geri qaytarılmış 570 kq-dan çox kolbasa məmulatlarının və aşkar keyfiyyətsizlik əlamətləri olan 530 kq ət və toyuq farşının xammal kimi istifadə olunduğu aşkar edilib.

Bundan başqa, müəssisənin anbarında Rusiyanın "Tsaritsino" və "Çerkizovski" müəssisələrinin əmtəə nişanı ilə markalanan və həmin müəssisələrə məxsus texniki şərtlərin işarəsi göstərilən, kolbasa qablaşdırılmasında istifadə olunan qılaflar aşkar edilib ki, bu da müəssisə tərəfindən istehsal edilən məhsulların bir hissəsinin saxtalaşdırılaraq Rusiya müəssisələrinin adı ilə satışa çıxarıldığını göstərir.

Eyni zamanda, müəssisənin anbarında üzərində məhsulun istifadə müddəti normativ-texniki sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərilmiş 27 750 metr kolbasa qılafı aşkar olunub.

Xəbər lenti

Xəbər lenti