...

Azərbaycanda qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının siyahısı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2010 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Caspian Financial Ltd" MMC-yə 5 aprel 2010-cu il tarixində diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verilib. Bu barədə Dövlət Komitəsinin çərşənbə günü yayılan məlumatında deyilir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 4 qiymətli kağızların idarə edilməsi, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilən xüsusi razılıqlar qüvvədədir.

Xəbər lenti

Xəbər lenti