...

Azərbaycan vasitəsilə yükdaşımaları iki dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2010 14:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, birinci rübdə Azərbaycanın nəqliyyat vasitələri ilə 9,528 mln ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 0,76 faiz ötüb. Bu barədə şənbə günü ölkənin Dövlət Gömrük Komitəsindən bildiriblər. Bu dövrdə yük ixracı 8,111 mln ton, idxal 1,416 mln ton təşkil edib.

Bu dövr ərzində dəniz nəqliyyatı ilə 82,2 min ton, dəmir yolu ilə 773,8 min ton, avtomobil ilə 123,4 min ton, hava ilə 86,6 min ton, boru kəməri nəqliyyatı ilə 7,045 mln ton yük daşınıb.

İdxal əməliyyatlarında dəniz nəqliyyatına üstünlük verilib, dəniz nəqliyyatı vasitəsilə 141,4 min ton, dəmir yolu ilə 948,2 min ton, avtomobil nəqliyyatı ilə 319,2 min ton və hava nəqliyyatı ilə 3,7 min ton yük daşınıb.

Birinci rübdə Azərbaycan ərazisindən tranzitlə 2,155 mln ton yük daşınıb ki, bu da ötən ilin analoji dövr göstəricisi ilə müqayisədə 47,98 faiz və ya 698,7 min ton çoxdur.

Azərbaycandan tranzitlə Bermud adalarına 891,7 min ton, İsveçrəyə  400,1 min ton, İtalyaya 299,2 min ton, Gürcüstana  129,7 min ton, Tacikistana  100,2 min ton, Türkiyəyə  34,8 min ton, İrana 71,6 min ton, Əfqanıstana 71,3 min ton,  Türkmənistana isə  66 min ton yük nəql olunub.

Xəbər lenti

Xəbər lenti