...

Azərbaycanda paytaxtın kanalizasiya və su təchizatı sisteminin yaxşılaşdırılması üçün tender elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2010 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Ü.İsmayılova/

"Azərsu" Səhmdar Cəmiyyəti 2010-cu ildə Bakının su təchizatı və kanalizasiya sisteminin inşası və yenidənqurulması məqsədilə tikinti-quraşdırma işlərinin aparılması üçün tender elan edib. Bu barədə tender komissiyasının cümə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında bildirilir.

Məlumatda deyilir ki, tender dörd lot üzrə keçiriləcək; birinci lotun şərtlərinə görə, tenderin qalibi Bakı həyətlərinin daxilində nasos stansiyaları qurmalıdır; ikinci lota görə, həyətə su xətləri çəkilməlidir; üçüncü lota əsasən, su üçün rezervuar ərazisində gücü saatda 10 000 kubmetr olan "Şərq 110" nasos stansiyası qurulmalıdır; dördüncü lot 1 saylı Zığ nasos stansiyasının yenidənqurulmasını nəzərdə tutur.

Bütün işlər 2010-cu ilin sonunadək başa çatmalıdır. Hər lotda iştirakın dəyəri 300 manat təşkil edir.

Tender təklifləri iyunun 1-dək qəbul olunur. Tender proseduru iyunun 8-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti