Azərbaycan, Bakı, 23 aprel /Trend/
DəmirBank internet saytı vasitəsilə istənilən plastik kart sahibləri kommunal, rabitə, İnternet provayder, kabel TV, sığorta və sair xidmətlərin onlayn ödənişini təklif edir. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.
İnternet sayt vasitəsilə onlayn ödənişləri istənilən bankın VISA və ya MasterCard plastik kart sahibləri http://www.demirbank.az/?/az/goldenpay/ səhifəsinə daxil olmaq və müvafiq ödəniş xidmətini seçmək kifayətdir.
DəmirBank-ın internet saytı vasitəsilə hazırda aşağıdakı xidmətlərin ödənişlərini etmək mümkündür:
kommunal (Bakı Elektrik Şəbəkə),
mobil rabitə (Azerfone-Vodafone, Bakcell, Nar Mobile),
stasionar telefon (BTRİB, Aztelekom),
internet provayderlər (Adanet, Avirtel, Azdatacom, Azstarnet, Bakinternet, Connect, Provayder.az),
kabel televiziyası (B&B TV, Connect TV),
sığorta xidmətləri (AzSığorta, MBASK),
xeyriyyəçilik (Leykemiya ilə Mübarizə İctimai Birliyi, SOS Uşaq Kəndləri)
və digər (Tələbə Qəbulu Dövlət Komissiyası və s.)
Yaxın gələcəkdə "DəmirBank"ın saytında ödənişlər siyahısına Fonex, Catel, Azəriqaz, Azərsu və sair şirkətlərin xidmətlərinin də əlavə edilməsi gözlənilir.
Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş GoldenPay internet ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir.
"DəmirBank" Azərbaycanda yenicə tətbiq edilməyə başlayan "Azərbaycanda elektron ticarət" layihəsinin tərəfdaşıdır. Bank sosial yönümlü fəaliyyət strategiyasına uyğun olaraq əhalinin geniş təbəqələri üçün müxtəlif xidmətlər üzrə müasir ödəniş imkanlarının tətbiqinə böyük önəm verir", - idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
"DəmirBank" eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su) və rabitə (Azercell, Bakcell, Nar Mobile) xidmətlərinin ödənişlərini təklif edir.
"DəmirBank"ın və ölkənin digər banklarının VISA, Maestro və MasterCard plastik kart sahibləri evdən və ya ofisdən sadəcə 149 nömrəsinə zəng etməklə kommunal ödənişlər (işıq, qaz, su) və rabitə ödənişləri (Azercell, Bakcell, Nar Mobile) həyata keçirə bilərlər.
"DəmirBank" hazırda plastik kartlar üzrə "5 manata" və "Pulsuz" kampaniyalarını keçirir. "5 manata" kampaniyasına əsasən, müştərilər yalnız 5 manat ödəməklə VISA Classic və MasterCard Standard kartlarını əldə edə bilərlər. "Pulsuz" kampaniyasına əsasən, müştəri plastik kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir. Plastik kartı bankın saytında sifariş etmək olar - http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində.
Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.