...

Azərbaycanda İpoteka Fondunun istiqrazlarının növbəti yerləşdirilməsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2010 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Mayın 3-dən Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manat həcmində faizli, sənədsiz, adlı istiqrazlarının növbəti yerləşdirilməsi başlayır. Bu barədə fondun məlumatında bildirilir.

Emissiya prospektinə görə, yerləşdirmə Bakı Fond Birjasında (BFB) açıq abunə metodu ilə keçiriləcək. İstiqrazlar cari qiymətlə (102,9282) hərraca çıxarılacaq.

İstiqrazların ödəmə tarixi 11 dekabr 2019-cu ildir. Əgər tələbat təklifdən çox olarsa, bütün ərizələr proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı rolunda Azərbaycan Mərkəzi Bankı çıxış edəcək.

AİF istiqrazlarının ikinci emissiyasının yerləşdirilməsinə 2010-cu il fevralın 1-də başlanılıb və bu günədək 23 milyon manat həcmində istiqraz yerləşdirilib. AİF istiqrazlarının emissiya prospekti 2009-cu il dekabrın 30-da Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsində qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 milyon manat, illik dərəcə 3,25 faiz təşkil edir. Emissiya prospektinə görə, yerləşdirmə açıq abunə metodu ilə keçiriləcək.

Aprelin 30-na rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti