...

Azərbaycanın Belarusdakı səfiri iki ölkə arasında istehsal kooperasiyasının dərinləşməsi üçün çıxış edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2010 11:02 (UTC +04:00)

Аzərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycanın Belarusdakı səfiri Əli Teymur oğlu Nağıyev iki ölkə arasında istehsal kooperasiyasının dərinləşməsi üçün çıxış edir. Bu barədə o, mayın 25-də Minskdə keçirilmiş mətbuat konfransında deyib, - BELTA agentliyi xəbər verir.

Diplomat Azərbaycanda "Belarus" traktorlarının quraşdırılması üzrə birgə istehsalın olduğunu xüsusilə qeyd edib. "Əgər biz bu istehsalın davamlı olmasını istəyiriksə, onu daimi dərinləşdirməyimiz vacibdir", - o, Azərbaycanda metallurgiya sənayesi, rezin istehsalının olduğunu qeyd edərək, Belarusdan texnika gətirmək əvəzinə, onu yerində istehsal etməyin mümkünlüyünü vurğulayıb.

2006-cı ilə qədər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın zəif inkişafından danışan səfir bildirib ki, həmin dövrdə mal mübadiləsi, təxminən, 25 mln dollar təşkil edirdi. Lakin son illərdə ölkə rəsmiləri arasında əldə olunan müntəzəm görüşlər, danışıqlar sayəsində mal mübadiləsi əhəmiyyətli dərəcədə artıb və 2009-cu ilin yekun nəticələrinə əsasən, 125 mln dollar təşkil edib (2010-cu ilin birinci rübündə 30 mln dollara çatıb). Bu rəqəm yalnız daxili tələbat sahəsinə şamil olunur, əgər hərbi-texniki əməkdaşlıq sahəsini də nəzərə alsaq, həcm 500 mln dollara qədər artır.

Əli Nağıyev qeyd etdi ki, bu yaxınlarda Azərbaycanda avtokranların yığılması istehsalına başlanılıb - artıq bir neçə onluq yığılıb. Eyni zamanda, digər istiqamətlərdə, məsələn, lift istehsalı sahəsində də əməkdaşlıq perspektivləri var.

Bundan əlavə, səfir Azərbaycanın kənd təsərrüfatı malları üçün Belarus bazarının açıq olacağını da qeyd edib. O, bu məhsulların ekoloji cəhətdən təmiz və "holland mallarından qat-qat yaxşı olduğunu" əminliklə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti