...

"Azərikimya" İB Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 18:48 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin "Kimyaçı" Mədəniyyət sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azərikimya" İB-nin təşkilatçılığı ilə açıq səma altında geniş tədbir keçirilib.
"Azərikimya" İB Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin "Kimyaçı" Mədəniyyət sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azərikimya" İB-nin təşkilatçılığı ilə açıq səma altında geniş tədbir keçirilib. Məlumatı İB-nin mətbuat xidməti yayıb.

Bütünlüklə 4-10 yaşlı uşaqların iştirakı ilə keçirilən 1 iyun tədbirində Mədəniyyət sarayının "Şahinlər" milli rəqsi, həmçinin, "Xəzər" və "Turanə" dünya rəqsləri kollektivlərinin, "İdman-bal" rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

Bahadur Həsənovun rəhbərliyi ilə "Ümid" xalq çalğı alətləri ansamblının üzvlərindən Rəvan Sultanlı, Kənan Əhmədzadə, Aytən Qarayeva, Cavid Nəsirli, Kənan Eldarov və Zaur Ağəliyevin ifa etdikləri "Azərbaycan", "Qarabağ", "Qonaq gəl bizə", "Ay dəli ceyran", "Səni gördüm" və "Azərbaycan oğluyam" mahnıları dinləyicilərdə xoş ovqat yaradıb.

Xəbər lenti

Xəbər lenti