...

"Azərbaycan Dəmir Yolları" QSC Cəlilabad rayonunda suyun buraxılması üzrə işlər görür

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2010 17:22 (UTC +04:00)
Araz çayının yeni qolunun açılması ilə əlaqədar olaraq Azərbaycan dəmiryolunun bəzi mənzillərində suyun buraxılması üçün boruların qoyulması zərurəti yaranıb.
"Azərbaycan Dəmir Yolları" QSC Cəlilabad rayonunda suyun buraxılması üzrə işlər görür

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Araz çayının yeni qolunun açılması ilə əlaqədar olaraq Azərbaycan dəmiryolunun bəzi mənzillərində suyun buraxılması üçün boruların qoyulması zərurəti yaranıb. Bunu çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib

Cəlilabad-Qırmızıkənd mənzilinin 86-cı kilometrliyində dəmiryolun altında suyun buraxılması üçün 15 boru qoyulub.

İşləri "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastruktur departamenti aparır. Hazırda diametri 180 sm olan 6 boru qoyulub. Bütün işlərin bu həftə ərzində yekunlaşdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti