...

Azərbaycanda küçə reklamı sahəsində nəzarət gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2010 18:00 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti küçə reklamının yayılması sahəsində olan vəziyyətin aydınlaşdırılması və bu reklamların nə dərəcədə qanunvericiliyin tələblərinə uyğun olmasının təyin olunması məqsədilə monitorinqlərin keçirilməsinə başlayıb.
Azərbaycanda küçə reklamı sahəsində nəzarət gücləndirilib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti küçə reklamının yayılması sahəsində olan vəziyyətin aydınlaşdırılması və bu reklamların nə dərəcədə qanunvericiliyin tələblərinə uyğun olmasının təyin olunması məqsədilə monitorinqlərin keçirilməsinə başlayıb. Bu barədə nazirliyin məlumatında deyilir.

Monitorinqlər zamanı altı təsərrüfat subyektinin reklamının qanunvericiliyə uyğun olmaması aşkarlanıb və onun bu qanunvericiliyin tələblərinə uyğun olan vəziyyətə gətirilməsi təmin olunub. Həmçinin monitorinqlər başlayandan dörd təsərrüfat obyektinin qanunvericiliyi pozması faktı aradan qaldırılıb.

Öz növbəsində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti küçə reklamının yayılması sahəsində nəzarəti gücləndirəcək və monitorinqlərin keçirilməsini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti