...

"Azərbaycan Dəmir Yolları" təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işləri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2010 12:23 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Araz çayının ikinci qolunun açılması nəticəsində suyun buraxılmasını təmin etmək məqsədilə Cəlilabad - Qırmızıkənd dəmiryol sahəsinin 86-cı kilometrliyində boru kəmərinin qoyulması işini başa çatdırıb, - QSC-dən verilən məlumatda deyilir.
"Azərbaycan Dəmir Yolları" təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işləri davam etdirir

Azərbaycan, Bakı, 4 iyun /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC Araz çayının ikinci qolunun açılması nəticəsində suyun buraxılmasını təmin etmək məqsədilə Cəlilabad - Qırmızıkənd dəmiryol sahəsinin 86-cı kilometrliyində boru kəmərinin qoyulması işini başa çatdırıb, - QSC-dən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, bir neçə gün ərzində suyun buraxılmasını təmin etmək üçün QSC-nin infrastruktur departamenti tərəfindən beş kemid qoyulub (1,8 metr diametri olan 15 borunun çəkilməsi ilə birgə).

Aparılan işlər saniyədə 300 kubmetr suyun buraxılmasını təmin edib.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 76 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti