...

Türkiyənin ən iri tekstil nəhəngi "AltinYildiz"ın Bakı distribüteri daha bir yeni mağazasını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bu günlərdə Bakıda məşhur "Fabrica" markasında mallar təqdim edən və Türkiyənin ən iri tekstil nəhəngi olan "AltinYildiz" şirkətinə daxil olan "Fabrika" şirkətinin ikinci mağazası açılıb. Dünyada beş ən iri fabrikdən biri olan "AltinYildiz" şirkətinin brendləri kifayət qədər məşhur və populyardır, dünyanın 18 ölkəsində mağazalara malikdir.

Yeni mağaza şəhərin Sahil küçəsindəki "Park Boulevard" ticarət mərkəzində yerləşir. Onun çeşidlərində qadın və kişi geyimləri, "Fabrika"dan aksesuarlar və İtaliyanın "Divarese" şirkətinin xüsusi olaraq "Fabrika" brendi üçün hazırladığı ayaqqabılar var. Açılışı 2009-cu ilin mayında baş tutan onun sələfi "Network Fabrika" şəhərin mərkəzi hissəsində, 28 May küçəsində yerləşir. Alış-veriş həvəskarları hər iki mağazadan ən müxtəlif istiqamət və stillərdə hər cür işgüzar və gündəlik geyimlər tapa bilərlər. Bu markanın gün-gündən artan tərəfdarları kolleksiyanın 40 faizlik "Yaz-Yay-2010" endirim kampaniyasından istifadə etməklə, öz qarderoblarını məşhur istehsalçıların yüksək keyfiyyətli və eksklüziv malları ilə doldura bilərlər.

Bakıda ikinci mağazanın açılması şirkət rəhbərliyinin yaxşı qurulmuş işi, eləcə də "Professional Solutions" konsaltinq şirkəti tərəfindən fəal və peşəkar dəstəklənmə sayəsində mümkün olub. Bu, "Professional Solutions" şirkəti üçün daha bir uğurlu layihədir və o, maliyyə məsləhətçisi rolunu oynayır; yüksək peşəkar səviyyədə lazımi konsaltinq xidmətlərinin bütün spektrini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti