...

Azərbaycanın iqtisadi inkişaf naziri İstanbulda keçirilən toplantıda iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2010 20:33 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev İstanbulda 40 ölkənin nazirləri və nazirlik nümayəndələrinin iştirakı ilə keçirilən Türkiyə-Dünya Ticarət Körpüsü çərçivəsində ticarət nazirləri toplantısında iştirak edir. Tədbirin təşkilatçıları Türkiyə Xarici Ticarət Müstəşarlığı və Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasıdır.
Azərbaycanın iqtisadi inkişaf naziri İstanbulda keçirilən toplantıda iştirak edir

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev İstanbulda 40 ölkənin nazirləri və nazirlik nümayəndələrinin iştirakı ilə keçirilən Türkiyə-Dünya Ticarət Körpüsü çərçivəsində ticarət nazirləri toplantısında iştirak edir. Tədbirin təşkilatçıları Türkiyə Xarici Ticarət Müstəşarlığı və Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasıdır. Məlumatı bazar ertəsi günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Toplantıda Azərbaycandan 18 firmanı təmsil edən sahibkarlar da fəal iştirak edirlər. Onlar inşaat, kommunikasiya, zərgərlik, qida və sair sahələri əhatə edən məhsullar təqdim edəcək, dünyanın müxtəlif ölkələrindən gəlmiş iş adamları ilə danışıqlar aparacaqlar.

Türkiyənin sənaye və ticarət naziri Zəfər Çağlayan qonaqları salamlayaraq bildirmişdir ki, tədbirdə iştirak edən 40 ölkənin ÜDM-i 6,2 trilyon dolar təşkil edir. Dünya ticarətinin 10,6 faizi də bu ölkələr trəfindən həyata keçirilir. Üç gün davam edəcək toplantıda 4 min 500 iş adamı 100 minə yaxın işgüzar görüş keçirəcəkdir.

Türkiyəli nazir ümidvar olduğunu bildirmişdir ki, bu tədbir iqtisadi böhran şəraitində ticarət əlaqələrinin daha da inkişafına töhfə olacaqdır. Məhz böhran nəticəsində dünyada ticarətin həcmi 3,7 trilyon dolar geriləmişdir ki, bu da insanların rifahına mənfi təsir göstərmişdir. 2008-ci ildə 16 trilyon dollar olan dünya ticarəti 2009-cu ildə 12,3 trilyon dollara enmişdir. Bu rəqəm Afrika qitəsinin bir illik milli gəlirinə bərabərdir və dünyada son 100 ildə müşahidə olunan ən böyük böhrandır.

Xəbər lenti

Xəbər lenti