...

Bakıda Türkiyənin inşaat və ağır avadanlıqlar üzrə sərgisi açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 14:10 (UTC +04:00)
Bakıda ilk dəfə olaraq Türkiyənin "Meridian fuarçılıq" şirkətinin təşkil etdiyi inşaat və ağır avadanlıqlar üzrə sərgi açılıb. Sərgi iyunun 20-dək davam edəcək. Sərgidə 59 iri türk firması iştirak edir, onlardan 26-sı ağır avadanlıqların istehsalı ilə məşğul olur.
Bakıda Türkiyənin inşaat və ağır avadanlıqlar üzrə sərgisi açılıb (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Ü.Sadıqova/

Bakıda ilk dəfə olaraq Türkiyənin "Meridian fuarçılıq" şirkətinin təşkil etdiyi inşaat və ağır avadanlıqlar üzrə sərgi açılıb. Sərgi iyunun 20-dək davam edəcək. Sərgidə 59 iri türk firması iştirak edir, onlardan 26-sı ağır avadanlıqların istehsalı ilə məşğul olur.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın sözlərinə görə, sərgi ilk dəfə keçirilir və o, Türkiyə - Azərbaycan əlaqələrinə çox mühüm töhfə verəcək.

Diplomat bildirib ki, son vaxtlar Azərbaycanda keçirilən sərgilərin sayı artıb ki, bu da ölkənin ticari-iqtisadi həyatının inkişafı ilə bağlıdır. Sərgi Heydər Əliyev adına İdman-Konsert Kompleksində açılıb.

Orada müxtəlif avadanlıqlar, inşaat materialları, ən yeni aparatlar nümayiş etdirilir.

Firmanın Azərbaycan üzrə əlaqələndiricisi Alpər Çekicin sözlərinə görə, belə sərgilərin keçirilməsi Azərbaycanda inşaat sahəsinin inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, sərginin keçirilməsində başlıca məqsəd yerli istehsalçıları və istehlakçıları bu sahədə əldə olunan ən son nailiyyətlərlə tanış etməkdir.

Xəbər lenti

Xəbər lenti