...

"Azərbaycan Dəmir Yolları" ikinci işçi qatarını Bakı-Tbilisi-Qarsın tikintisinə göndərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2010 17:55 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində iştirak etmək üçün növbəti işçi qatarını Gürcüstana göndərib. Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.
"Azərbaycan Dəmir Yolları" ikinci işçi qatarını Bakı-Tbilisi-Qarsın tikintisinə göndərib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində iştirak etmək üçün növbəti işçi qatarını Gürcüstana göndərib. Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

İçərisində fəhlələrin olduğu qatar Marabdadan Çxardzma stansiyasına gedəcək. Dəmiryol magistralının Gürcüstan hissəsi "Azərinşaatservis" şirkəti və tikintidə podratçı şirkət kimi iştirak edən "Dəmiryolservis" MMC tərəfindən tikilir.

Qatar 63 vaqondan ibarətdir. Qatarın tərkibində təmir-bərpa briqadalarının müvəqqəti yerləşməsi üçün iki sərnişin vaqonu, su çənləri, iki kran, KDE-163 markalı dəmiryol kranları, MPD-1055 markalı mühərrikli platforma, avtokran və ekskavator var.

Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsinin tikintisində iştirak etmək üçün ilk qatar Gürcüstana 2010-cu il mayın 5-də yola düşüb.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km isə Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yük ötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə Gürcüstanda olan dəmir yolundan qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti