...

Amrahbank Azərbaycanda Islam Inkişaf Bankının Biznes Forumunun Platin Sponsoru oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2010 14:12 (UTC +04:00)
Xəbər verildiyi kimi, Bakıda İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının İllik Toplantısı bu ilin iyun ayının 20-dən 24-ə qədər davam edəcəkdir
Amrahbank Azərbaycanda Islam Inkişaf Bankının Biznes Forumunun Platin Sponsoru oldu

Xəbər verildiyi kimi, Bakıda İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının İllik Toplantısı bu ilin iyun ayının 20-dən 24-ə qədər davam edəcəkdir.

Müdirlər Şurasının İllik Toplantısı çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan və MDB ölkələrində biznes və investisiya  imkanları" mövzusunda Konfrans keçirilib.

İslam İnkişaf Bankı Qrupunun biznes-forum bölməsi olan "THIQAH Business Partner", Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da qeyd edilən tədbirə dəstək verən təşkilatlar sırasında olub.

Konfrans iştirakçıları sırasına MDB ölkələrində investisiya imkanlarının araşdırılmasında maraqlı olan, Afrika, Avropa, Yaxın Şərq və Asiyanın bir çox ölkələrini təmsil etmiş beynəlxalq investorlar qatılıb.

Amrahbank İnvestisiya Konfransının Platin Sponsoru olmuş, Bankın İdarə Heyətinin Sədri c-b Emil Məmmədov konfrans iştirakçıları qarşısında "Amrahbank"a həsr edilmiş təqdimat ilə çıxış edib.

Tədbir böyük uğurla keçmiş və MDB ölkələri ərazisində investisiya imkanlarının genişləndirilməsində daha bir müvəffəqiyyətli pillə olmuşdur.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və müvəffəqiyyətli kommersiya banklarından biridir. Bank müştərilərinə pərakəndə və korporativ bank xidmət və məhsullarının geniş çeşidini təqdim edir. "Amrahbank" ölkənin bankları arasında ən geniş filiallar şəbəkəsinə malikdir və müştərilərinin sayı üzrə öndə gedən banklardan biridir.

Bəhreyndə yerləşən və Bankın səhmlərinin 49%-nə sahib olmuş "Beynəlxalq İnvestisiya Bankı" ilə strateji əməkdaşlığın qurulması Bankın fəaliyyətində  bir çox sahələrinn, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin keyfiyyətində mühüm  rol oynamışdır.

"Amrahbank" beynəlxalq maliyyə qurumları və investisiya şirkətləri ilə əlaqələrin genişlənməsi istiqamətində fəal mövqedən çıxış etməkdədir. Bankın qarşısında duran strateji məqsədlər sırasına müştərilərə Şəriyyə prinsipləri əsasında qurulmuş bankçılıq məhsullarının təklif edilməsi durur ki, bu da, Banka Azərbaycanda, habelə qonşu ölkələrdə İslam bankçılığı sahəsində mövcud olan geniş potensial imkanlardan bəhrələnmək üçün zəmin yaratmış olacaq.

Konfrans barəsində daha təfərrüatlı məlumat ilə aşağıda qeyd olunan ünvanda yerləşən xüsusi saytda tanış ola bilərsiniz: www.bakubusinessforum.com

Xəbər lenti

Xəbər lenti