...

Qaraşəhərin yerində paytaxtın yeni müasir mərkəzi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2010 14:57 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən hazırlanan layihə paytaxtın yeni müasir mərkəzinin yaradılmasına istiqamətlənib
Qaraşəhərin yerində paytaxtın yeni müasir mərkəzi

Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən hazırlanan layihə paytaxtın yeni müasir mərkəzinin yaradılmasına istiqamətlənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı" ilə bağlı sərəncamın yerinə yetirilməsi çərçivəsində, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbovun 11 iyun 2007-ci il tarixli fərmanına əsasən, Qaraşəhərin bərpası və inkişafı haqqında qərar qəbul edilib. İndi bura Ağşəhər Bakı (Baku White City) adlanacaq. 221 hektar sahədə yerləşən ərazi təsəvvürü dəyişərək və genişləndirərək şəhərin müasir mərkəzinə çevriləcək.

Baku White City-nin Baş Planı şəhərtipli 10 universal kvartalın yaradılmasını nəzərdə tutur. Bu kvartalların hər biri şəhər əhalisinə həyat, iş, istirahət və əyləncə üçün ən yaxşı şərait təklif edəcək.

Bakı Şəhər İcra Hakimiyyəti başçısıın fərmanına uyğun olaraq, Bakı Buxtasının mərkəzində yerləşən şəhər-bulvarın - Bakının mirvarisinin abadlaşdırılması və artırılması planlaşdırılıb. Yeni bulvarın yaxınlığında şəhər əhalisinin sevimli yeri olan Neftçilər prospekti də uzadılacaq.

Bakının müasir mərkəzi yeni yaradılacaq şəhər nəqliyyatı şəbəkəsi sayəsində universal olacaq. Belə ki, burada Baku White City-nin mərkəzi meydanına çıxacaq metro stansiyasının tikintisi və avtobus şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub. Sahilboyu tramvay xəttinin çəkilməsi planlaşdırılıb. Bundan başqa, bulvar xətti boyunca su nəqliyyatından istifadə etmək üçün su yolunun açılması da nəzərdə tutulub.

İnfrastruktur kommunikasiyalarının layihələri işin həyata keçirilməsinə cəlb olunan"Azəryolservis", "Bakıelektrikşəbəkə", "Azəriqaz", "Azərsu" və "Aztelekom" kimi dövlət təşkilatıarı ilə işlənərək razılaşdırılıb.

Paytaxtımızda yeni müasir mərkəzin yaradılması yerli və xarici sərmayədarların cəlb edilməsi üçün yeni imkanlar açır. Bu məqsədlə sərmayədarlar üçün xüsusi imtiyazlar nəzərdə tutulub.

Prezidentin sərəncamı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısıın fərmanına uyğun

olaraq, hazırda "Ecol Engineering Services" (SOCAR) Baku White City-nin ərazisində çirkləndirilmiş torpaqların təmizlənməsi üzrə xüsusi tədbirlər həyata keçirir.

Baku White City layihəsi üzərində işə mühəndis dizaynı sahəsində ixtisaslaşmış "Atkins" (Böyük Britaniya) şirkəti ilə yanaşı, azərbaycanlı mütəxəssislərlə birlikdə "Foster + Рartners" və "F+A Architects" məşhur arxitektur şirkətləri də cəlb olunub.

"Atkins" şirkəti arxitektor və mühəndis layihələşdirməsi ilə məşğul olur. Şirkət yarandığı 1938-ci ildən hazırkı günədək dünyanın 200 ölkəsində bir çox layihə işləyərək həyata keçirib. Onun ən məşhur layihəsi suda tikilən və Ginnesin rekordlar kitabına salınan dünyaın ən hündür oteli "Burj-Al-Arab" layihəsidir. Norman Forster "Foster və onun tərəfdaşları" şirkətinin təsisçisi və rəhbəridir. Bu şirkət 1967-ci ildə təsis edilməklə, hazırda 20 ölkədə emalatxanalara malikdir. Foster Berlindəki Reyxstaq binasının bərpası, Honkonq bankı, Frankfurtdakı kommersiya bankı və Saynsberidəki Noric təsviri incəsənət mərkəzi kimi rəngarəng layihələri ilə özünə beynəlxalq şöhrət qazandırıb. Şirkət fəaliyyətə başladığı andan, 400 müxtəlif mükafat, fərman alıb və 65-dən çox beynəlxalq və milli müsabiqələrin qalibi olub.

1973-cü ildə təsis edilən Amerikanın "F+A Architects" arxitektor bürosu pərakəndə satış üzrə obyektlər yaratmaqla və pis inkişaf edən ticarət müəssisələrini yenidən quraraq, birinciliyi qazanıb.

Xəbər lenti

Xəbər lenti