...

Azərbaycan bankı Paşa Bank nizamnamə kapitalını 115,4 milyon manata çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2010 16:59 (UTC +04:00)
Ölkə bankları arasında nizamnamə kapitalının həcminə görə ikinci yeri tutan Azərbaycan bankı Paşa Bank iyunda nizamnamə kapitalını 115,407 milyon manata çatdırıb.
Azərbaycan bankı Paşa Bank nizamnamə kapitalını 115,4 milyon manata çatdırıb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Ölkə bankları arasında nizamnamə kapitalının həcminə görə ikinci yeri tutan Azərbaycan bankı Paşa Bank iyunda nizamnamə kapitalını 115,407 milyon manata çatdırıb. Bu barədə bankın məlumatında deyilir.

Kapitalın artımı 2009-cu il ərzində əldə edilən gəlirin hesabına mümkün olub. Məlumatda deyildiyinə görə, bank 2010-2011-ci illərdə əldə ediləcək gəliri də kapitallın artırılmasına yönəldəcək.

Ümumilikdə bankın nizamnamə kapitalı dörd dəfə artıb. Bank təsis edilən zaman onun kapitalı 10 milyon manat olub. 2007-ci ildə 35 milyon manata, 2008-ci ildə isə 58 milyon manata çatdırılıb və nəticədə 100 milyon manat olub.

Ernst & Young şirkətinin apardığı auditin nəticələrinə görə, 2008-ci ilin sonuna bankın xalis gəliri 10,765 min manat, 2009-cu ildə isə 16,059 min manat təşkil edərək il ərzində 49 faiz artıb.

Paşa Bank 2007-ci ildə təsis edilib.

İyunun 25-nə olan rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti