...

Azərbaycan bankı Parabank kamera alışı üzrə açıq tender elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2010 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycan bankı Parabank rayon filiallarını internet-kamera təchizatları ilə təmin etmək üçün açıq tender elan edir. Bu barədə cümə axşamı bankın məlumatında deyilir.

Tenderin məqsədi filiallarda gedən iş prosesinin keyfiyyətini daha da artırmaqdır. Elan edilmiş tenderin şərtləri aşağıdakılardır.

- Hər bir filial 5 kamera ilə təchiz olunmalı (çin istehsalı olmamaq şərti ilə)

- 3-qat zoomdan aşağı olmamalı

- 30 gün ərzində lokal serverdə qeyd olunma

- Kameraların idarə edilməsi və qeyddən çıxardılan baxış üçün Software

- UPS

- Software daxil olmanının parol ilə məhdudlaşdırılması

- Filialın bütün kameralarının bir ekranda baxılma imkanının olması

- Təchizat və Software üçün minimum 1 il zəmanət

Tender 2010-cu il avqustun 15-nə qədər elan edilir.

Əlavə məlumat üçün Parabank ASC-nin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Emin Bədirxanova ([email protected] ) müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti