...

ABŞ analitikləri ilin sonunadək qızılın qiymətinin bərpa olunacağını gözləyirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 18:04 (UTC +04:00)
ABŞ-ın JP Morgan bankının analitikləri dördüncü rübdə qızılın qiymətinin bərpa olunacağını gözləyir və bu dövrdə orta qiymətin bir unsiyaya görə 1275 dollar olacağını proqnozlaşdırırlar.
ABŞ analitikləri ilin sonunadək qızılın qiymətinin bərpa olunacağını gözləyirlər

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir A.Bədəlova/

ABŞ-ın JP Morgan bankının analitikləri dördüncü rübdə qızılın qiymətinin bərpa olunacağını gözləyir və bu dövrdə orta qiymətin bir unsiyaya görə 1275 dollar olacağını proqnozlaşdırırlar. Bundan əvvəl analitiklər dördüncü rübdə qızılın bir unsiyasının qiymətinin 1200 dollar səviyyəsində olacağını proqnozlaşdırmışdılar.

Bank analitiklərinin gözləntilərinə görə, ilin sonuncu rübündə qızılın bir unsiyasının qiyməti 1300 dollar olacaq, qısamüddətli perspektivdə isə qiymət 1150 dollaradək düşə bilər.

İyulun 13-də COMEX-də (Nyu-York Əmtəə Birjasının bölməsi) hərracların yekunları üzrə qızılın avqust fyuçerslərinin dəyəri 14,8 dollar bahalaşaraq bir unsiyası 1213,50 dollar təşkil edib ki, bu da son iki həftə ərzində ən yüksək qiymətdir.

JP Morgan analitiklərinin proqnozlarına görə, 2010-cu ilin üçüncü rübündə qızılın bir unsiyası 1250 dollar təşkil edəcək. Analitiklər cari ilin yekunları üzrə qiymətli metalın bir unsiyasının orta qiymətini 1197 dollar səviyyəsində proqnozlaşdırırlar.

Analitiklərinin proqnozlarına görə, 2011-ci ildə qızılın bir unsiyasının orta qiyməti bundan əvvəl onlar tərəfindən proqnozlaşdırılan 1175 dollara qarşı 1250 dollar təşkil edəcək.

Digər Qərb analitikləri qısamüddətli perspektivdə qızılın qiymətinin bahalaşacağını gözləyirlər. Həmçinin, ABŞ-ın iri investisiya banklarından olan Morgan Stanley-nin analitikləri öz proqnozlarında bu il qızılın bir unsiyasının orta qiymətinin 1159 dollardan 1200 dollaradək artacağını göstərirlər.

Bank of America-Merrill Lynch 2010-cu ildə qızılın bir unsiyasının orta qiymətini 1200 dollar, 2011-ci ildə 1350 dollar olacağını proqnozlaşdırır.

JP Morgan-ın 2010-2011-ci illərdə qızılın qiyməti üzrə proqnozları (bir unsiya dollarla)

İl

I rüb

II rüb

III rüb

IV rüb

2010

1110

1154

1250

1275

2011

1250

1250

1250

1250

Xəbər lenti

Xəbər lenti