...

Qara dəniz Ticarət və İnkişaf Bankının yeni vitse-prezidenti vəzifəsinin icrasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 17:10 (UTC +04:00)
Mustafa Boran Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) dörd il müddətinə vitse-prezidenti seçilib və o, bu postda Andrey Kondakovu əvəz edib.
Qara dəniz Ticarət və İnkişaf Bankının yeni vitse-prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir A.Bədəlova/

Mustafa Boran Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) dörd il müddətinə vitse-prezidenti seçilib və o, bu postda Andrey Kondakovu əvəz edib. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Boran öz karyerasına 1993-cü ildən Türkiyə Xəzinədarlığının Alt Katibliyində ekspert kimi başlayıb. 2000-ci ildə o, Baş Direktorluğun birbaşa xarici investisiyalar üzrə şöbə rəhbəri, 2006-2009-cu illərdə isə QTİB-in Türkiyə üzrə Direktorlar Şurasının üzvü olub.

Bu gün Yunanıstan, Rusiya və Türkiyə hər biri 16,5 faizlik payla bankın ən iri səhmdarları kimi qalırlar. Rumıniya 14, Bolqarıstan və Ukrayna hər biri 13,5, Azərbaycan 5, Albaniya 2, Ermənistan və Moldova hərəsi 1, Gürcüstan isə 0,5 faizə sahibdirlər.

Azərbaycandan Qara dəniz bankının rəhbəri iqtisadi inkişaf naziri Şahin Mustafayev, onun müavini maliyyə naziri Samir Şərifovdur.

Xəbər lenti

Xəbər lenti